“TİKİNTİDƏ İNNOVASİYALAR” mövzusunda VI BEYNƏLXALQ AZƏRBAYCAN-UKRAYNA KONFRANSI

“TİKİNTİDƏ İNNOVASİYALAR” mövzusunda VI BEYNƏLXALQ AZƏRBAYCAN-UKRAYNA KONFRANSI

23-24 may 2024-cü il tarixində  Azərbaycan Memarlıq və İnşaat Universiteti və Ukraynanın Poltava Milli Texniki Universitetinin birgə təşkilatçılığı ilə  “TİKİNTİDƏ İNNOVASİYALAR” mövzusunda VI BEYNƏLXALQ AZƏRBAYCAN-UKRAYNA KONFRANSI keçiriləcək.

Keçirilmə yeri: Azərbaycan Memarlıq və İnşaat Universiteti

Konfransın əsas istiqamətləri:

1.    İnşaat konstruksiyaları, texnologiya və texnika

2.    Şəhərsalmanın, bina və qurğuların və mühəndis sistemlərinin planlaşdırılması

3.    Tikintinin təşkili, idarə edilməsi və iqtisadiyyatı

Konfransın işçi dilləri: Azərbaycan, Ukrayna, İngilis

 

Elmi komitə

Məmmədova G.Н. – m.d., professor, əməkdar memar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru,

Əliyev T.A.- t.e.d., akademik, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri,

Hacıyeva S.X..- m.d., professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri,

Hacıyev M.A. – t.e.d., professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat konstruksiyaları kafedrasının müdiri, 

Şirinzadə İ.N. - t.e.d., professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Materialşünaslıq kafedrasının müdiri,

Əliyev F.Q. – t.e.d., professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya mühəndisliyi kafedrasının müdiri, 

Mustafayev İ.İ- k.e.d, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri,

Məmmədov M.A. – i.e.d., professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri, 

Qasımzadə A.Ə.-  t.e.d., Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika kafedrasının professor,

Ayda-zadə K.R. - t.e.d., professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları və sistemləri kafedrasının professor

 

 

 

 

Təşkilat Komitəsi

Qasımov A.F. – t.e.n., professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru,

Aslanova N.M.- r.e.d., professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru,

Abdullayeva N.C. – m.d., professor, əməkdar memar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, 

Məmmədov İ.R.-  t.e.n, dos. Azərbaycan Memarlıq və İnşaat Universitetinin iqtisadi və təsərrüfat işləri üzrə prorektoru, 

Fərzəliyev S.F. – t.e.n., dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı,

Məmmədov N.Y. – t.e.n, dosent, AzMİU-nun, “Mühəndis sistemləri və qurğularının Tikintisi” kafedrasının müdiri, 

Ağayeva K.A. - i.ü.f.d, dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Keyfiyyət Təminatı və monitorinq mərkəzinin müdiri, 

Əkbərli R.S. – r.ü.f.d., Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi-tədqiqat şöbəsinin müdiri,

Əliyev F.F.- t.ü.f.d, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Xarici Əlaqələr şöbəsinin müdiri

Məruzələrin tərtibat qaydası:

   Məruzələr 12 Times New Roman şriftlə, 1 intervalla, A4 formatda (hər tərəfdən 2.5 sm sahə), 3 səhifəyə qədər, xülasə isə 100 sözə qədər həcmdə, açar sözlər 3-6 termindən ibarət, düsturlar 12 şrift ilə ayrıca obyekt şəklində ardıcıl nömrələnməklə, cədvəl, şəkil, qrafik və diaqramlar adları altda nömrələnməklə, nəticələrdə elmi yenilik, praktiki əhəmiyyət və perspektivlər haqqında qeydlər olmaqla elektron formatda qəbul olunur. Məruzələr antiplagiat proqramı ilə yoxlanacaqdır. Materiallar göndərilən zaman onun konfransın əsas istiqamətlərindən hansına aid olduğunu qeyd etməyiniz mütləqdir.

 

Məruzənin strukturu:

· Sağdan BOLD (qalın) şriftlə müəlliflərin soyadları, adları və ata adları;

· Növbəti sətirdən hər müəllifin iş yeri, vəzifəsi, ORCID kodu, e-mail ünvanı;

· Ortadan böyük hərflərlə BOLD (qalın) şriftlə məruzənin adı;

· Məruzə azərbaycan dilindədirsə, onun xülasəsinin xarici dildə (ingilis və ya ukrayna dilində);

· Növbəti sətirdən  açar sözlər (məruzənin öz dilində və ingilis dilində);

· Əsas mətn;  

· Ədəbiyyat siyahısı.

 

Məruzələrin təqdim olunması:

   Məruzələrin elektron versiyası [email protected] ünvanına təqdim olunmalıdır.

Məruzələrin son qəbul olunma tarixi: 30.04.2024-cü il

Tərtibat qaydalarına uyğun hazırlanmayan tezislər geri qaytarılacaq!

 

Təşkilat Komitəsi tərəfindən seçilmiş məruzələrin tam mətni Scopus beynəlxalq elmmetrik bazasında indekslənən jurnallarda çap olunmaq üçün təqdim olunacaq.

 

 Əlaqələndici: 

Reyhan Əkbərli                                                                     (070) 670 08 01

Könül Ağayeva                                                                     (050) 235 89 84

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Ukraynanın Poltava Milli Texniki Universiteti

23-24 may 2024
AzMİU, Ayna Sultanova 11