International Conference on Modern Problems of Mathematics, Mechanics & their Applications

International Conference on Modern Problems of Mathematics, Mechanics & their Applications

“Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri” mövzusunda
(MPMMA 2024)
Beynəlxalq Konfrans
19-21 iyun, Bakı, Azərbaycan

Azərbaycan Memarlıq və İnşaat Universiteti və İstanbul Texnik
Universitetinin təşkilatçılığı ilə “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir
problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. MPMMA 2024
konfransı ölkəmizdə və xaricdə müvafiq sahələrdə fəaliyyət göstərən ali təhsil və
elm müəssisələrində çalışan alimlərin həyata keçirdikləri tədqiqatların nəticələrini
təqdim etmək üçün bir platforma rolunu oynayacaq, birgə tədqiqatlar aparılmasına,
təcrübə və fikir mübadiləsinin genişləndirilməsinə zəmin yaradacaqdır. Üç günlük
konfrans proqramına dəvət olunmuş aparıcı alimlərin məruzələri və bölmələrdə
müzakirələr daxildir.
Konfransda iştirak ödənişsizdir.
Konfransın dilləri: Azərbaycan və İngilis
Konfransın istiqamətləri:
1. Diferensial operatorların spektral nəzəriyyəsi
2. Operatorlar nəzəriyyəsi
3. Funksional fəzalar və daxilolma nəzəriyyəsi
4. Diferensial tənliklər və tətbiqləri
5. Approksimasiya nəzəriyyəsi
6. Optimallaşdırma nəzəriyyəsi
7. Cəbr və həndəsə
8. Ehtimal, statistika və maliyyə riyaziyyatı
9. CFD modelləşdirmə
10. Tətbiqi riyaziyyat
11. Mexanika və tətbiqləri
12. Süni intellektin modelləşdirilməsi
13. Hesablama metodları
14. Məlumatların modelləşdirilməsi
15. Hesablama həndəsəsi
16. Hesablama Biologiyası
Vacib tarixlər:
30 aprel 2024-cü il- qeydiyyat üçün son tarix
15 may 2024-cü il – konfrans materialının təqdim edilməsi üçün son tarix
20 may 2024 - qəbul bildirişi
19 iyun 2024 - konfransın açılışı
21 iyun 2024 - konfransın bağlanışı
Qeyd: Konfransda qeydiyyat mütləqdir;
Məqalələr yalnız ingilis dilində təqdim olunur.

Konfransın təşkilat komitəsi rəydən keçmiş məqalələr toplusunu Web of
Science Core Collection-da Conference Proceedings Citation Index-də dərc
olunması üçün qiymətləndirilməyə göndərməyi planlaşdırır.
Təşkilat Komitəsi tərəfindən seçilmiş və əvvəllər nəşr olunmamış tezislərin
tam mətni aşağıdakı jurnallarda çap olunmaq üçün təqdim olunacaq:
1) Azerbaijan Journal of Mathematics (ESCI, Scopus)
2) Transactions of A. Razmadze Mathematical Institute (ESCI, Scopus)
3) Transactions Issue Mathematics. National Academy of Sciences of Azerbaijan.
Series of Physical-Technical and Mathematical Sciences (Scopus)
4) Proceedings of the Institute of Mathematics and Mechanics (ESCI, Scopus)
5) Journal of Applied and Computational Sciences (JOFACS)
Konfransda iştirak etmək istəyənlər təqdim edilən keçiddən istifadə
etməklə, https://mpmma.azmiu.edu.az/registration/ qeydiyyatdan keçərək
konfransda ödənişsiz iştirak edə bilərlər. Materiallarının qəbulu
[email protected] email vasitəsilə aparılır.
Konfransın web səhifəsi: mpmma.azmiu.edu.az
Əlaqə:
Email: [email protected]
Telefon: +994705300044; 5391045 (632)
Ünvan: Azərbaycan Memarlıq və İnşaat Universiteti, 1-ci korpus 308 otaq.

Honorary Chairs

 
Prof. Gulchohra Mammadova

Rector of Azerbaijan University of Architecture and Construction, Azerbaijan
 
Prof. Ismail Koyuncu

Rector of Istanbul Technical University, Turkey
Congress Chairs

Prof. Nigar Aslanova, Vice-rector for science and innovation affairs of Azerbaijan University
of Architecture and Construction, Azerbaijan
Prof. Murat Sarı, Mathematical Engineering, Istanbul Technical University, Turkey

Scientific Committee

Avey Abdullah, İstanbul Commerce University, Turkey (Plenary Speaker)
Bilalov Bilal, IMM of the Ministry of Science and Education Republic of Azerbaijan, Yıldız Technical University, Turkey (Plenary Speaker)
Efendiev Messoud, Institute at Munich Helmholtz Center, Germany (Plenary Speaker)
Ersin Özuğurlu, Istanbul Technical University, Turkey
Guliyev Vagif, Institute of Applied Mathematics BSU, Azerbaijan
Shen Hui-Shen, Ilkay Bakirtas, Istanbul Technical University, Turkey
Idris Dagh, Eskishehir Osmangazi University, Turkey
Koc Ilker Murat, Istanbul Technical University, Turkey
Kočinac Ljubisa, University of Niš, Serbia (Plenary Speaker)
Mardanov Misir, İnstitute of Mathematics and Mechanics, Azerbaijan
Massimo Grossi,Sapienza University of Rome, Italy
Meskhi Alexander, Kutaisi International University, Georgia (Plenary Speaker)
Nguyen Dinh Duc, University of Engineering and Technology, VNU Hanoi
Palagachev Dian K., Polytechnic of Bari, İtaly (Plenary Speaker)
Pavel Exner, Doppler Institute of Mathematical Physics and Applied Mathematics, Prague (Plenary Speaker)
Sawano Yoshihiro, Tokyo Metropolitan University, Japan (Plenary Speaker online)
Schnack Eckart, Karlsruhe, Germany
Shen Hui-Shen, Shanghai, China
Sunbuloglu Emin, Istanbul Technical University, Turkey
Tornabene Francesco, Lecce, Italy

Organizing Committee

Bandaliyev Rovshan (Chief of the Organizing Committee), Azerbaijan University of Architecture and Construction, Azerbaijan
Akbarly Reyhan, Azerbaijan University of Architecture and Construction, Azerbaijan
Tunc Huseyin, Bahcheshehir University, Turkey
Goksel Izzet, Istanbul Technical University, Turkey
Aydogan Seher Melike, Istanbul Technical University, Turkey
Duran Serbay, Adiyaman University, Turkey
Yokus Asif, Fırat University, Turkey
Akbarova Samira, Azerbaijan University of Architecture and Construction, Azerbaijan
Aida Tagiyeva, Azerbaijan University of Architecture and Construction, Azerbaijan
Tahir Coşgun, Amasya University, Turkey

Məruzələrin tərtibat qaydası:


   Məruzələr 12 Times New Roman şriftlə, 1 intervalla, A4 formatda (hər tərəfdən 2.5 sm sahə), 3 səhifəyə qədər, xülasə isə 100 sözə qədər həcmdə, açar sözlər 3-6 termindən ibarət, düsturlar 12 şrift ilə ayrıca obyekt şəklində ardıcıl nömrələnməklə, cədvəl, şəkil, qrafik və diaqramlar adları altda nömrələnməklə, nəticələrdə elmi yenilik, praktiki əhəmiyyət və perspektivlər haqqında qeydlər olmaqla elektron formatda qəbul olunur. Məruzələr antiplagiat proqramı ilə yoxlanacaqdır. Materiallar göndərilən zaman onun konfransın əsas istiqamətlərindən hansına aid olduğunu qeyd etməyiniz mütləqdir.

 

Məruzənin strukturu:


· Sağdan BOLD (qalın) şriftlə müəlliflərin soyadları, adları və ata adları;

· Növbəti sətirdən hər müəllifin iş yeri, vəzifəsi, ORCID kodu, e-mail ünvanı;

· Ortadan böyük hərflərlə BOLD (qalın) şriftlə məruzənin adı;

· Məruzə azərbaycan dilindədirsə, onun xülasəsinin xarici dildə (ingilis və ya ukrayna dilində);

· Növbəti sətirdən  açar sözlər (məruzənin öz dilində və ingilis dilində);

· Əsas mətn;  

· Ədəbiyyat siyahısı.

 

Məruzələrin təqdim olunması:

   Məruzələrin elektron versiyası [email protected] ünvanına təqdim olunmalıdır.

Vacib tarixlər:
30 aprel 2024-cü il- qeydiyyat üçün son tarix
15 may 2024-cü il – konfrans materialının təqdim edilməsi üçün son tarix
20 may 2024 - qəbul bildirişi
19 iyun 2024 - konfransın açılışı
21 iyun 2024 - konfransın bağlanışı

Tərtibat qaydalarına uyğun hazırlanmayan tezislər geri qaytarılacaq!

 

Təşkilat Komitəsi tərəfindən seçilmiş və əvvəllər nəşr olunmamış tezislərin
tam mətni aşağıdakı jurnallarda çap olunmaq üçün təqdim olunacaq:
1) Azerbaijan Journal of Mathematics (ESCI, Scopus)
2) Transactions of A. Razmadze Mathematical Institute (ESCI, Scopus)
3) Transactions Issue Mathematics. National Academy of Sciences of Azerbaijan.
Series of Physical-Technical and Mathematical Sciences (Scopus)
4) Proceedings of the Institute of Mathematics and Mechanics (ESCI, Scopus)
5) Journal of Applied and Computational Sciences (JOFACS)

Azərbaycan Memarlıq və İnşaat Universiteti

İstanbul Texnik Universiteti

19-21 iyun 2024
AzMİU
A.Sultanova 11, Baku