4-cü sənaye inqilabının inkişafının təməl yolu milli qurtuluşdan başlayır

4-cü sənaye inqilabının inkişafının təməl yolu milli qurtuluşdan başlayır

3 May 2023-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “4-cü sənaye inqilabının inkişafının təməl yolu milli qurtuluşdan başlayır” mövzusunda elmi konfrans keçirilib. 

Elmi Konfransda AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, Milli Məclisin deputatları Hicran Hüseynova və Aydın Mirzəzadə, AMEA-nın müxbir üzvü İslam Mustafayev, universitetin professor müəllim heyəti, tələbələr iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetdəki büstü önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova konfransı giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin çoxşaxəli və təməlində azərbaycançılıq, milli məfkurə dayanan fəaliyyətinə diqqət çəkib. Rektor qeyd edib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində hələ ötən əsrin 70-ci illərində Azərbaycan iqtisadiyyatının, o cümlədən tikinti sektorunun davamlı inkişafının təməli qoyulub. AzMİU-nun Ümummilli Liderin şəxsi təşəbbüsü ilə 1975-ci ildə yaradıldığını vurğulayan professor Gülçöhrə Məmmədova dahi şəxsiyyətin bütün məsələlərə strateji yanaşdığını, idarəçiliyini ölkəmizin müstəqil gələcəyinə yönələn prosesin bir parçası kimi həyata keçirdiyini vurğulayıb.

Konfransda çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Ulu Öndərin ictimai-siyasi fəaliyyətini araşdırarkən onun necə qüdrətli, hərtərəfli lider olduğu bir daha öz təsdiqini tapır. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən dahi şəxsiyyətdir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə, AMEA-nın müxbir üzvü İslam Mustafayev və AzMİU-nun İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva Ulu Öndərin fəaliyyəti, təhsilin, iqtisadiyyatın, xüsusilə inşaat və memarlıq sahəsinin inkişafına müsbət təsiri haqqında məruzə ilə çıxış ediblər.

AzMİU

Müəlliflərin nəzərinə

Konfrans materialı əvvəl nəşr olunmayan, digər çap və ya elektron nəşrlərdə olmayan yeni tədqiqat nəticələrini əks etdirməlidir. Tezis üç dildən birində (azərbaycan, ingilis və rus dillərində) qəbul edilir.

Nəşr üçün təklif olunan tezisin həcmi 2 səhifəyə qədər, A4 formatında, Microsoft Word mətn redaktorunda Times New Roman 12 şriftlə yığılmalı, səhifənin parametri hər iki tərəfdən- 2sm olmalı, abzasda 1 sm boşluq olmalı və sətirlər arası interval eyni olmalıdır.

Konfrans materialının məzmunu aşağıdakı ardıcıllıqla müəyyən edilməlidir:

1. Tezisin adı (mərkəzdə qalın şrift ilə) 12 sözdən çox olmamalıdır;

2. Hər bir müəllifin soyadı, adı və atasının adı, qrup nömrəsi, rəhbərin elmi adı və elmi dərəcəsi (əgər varsa); Müəlliflərin sayı 3 nəfərdən çox olmamalıdır;

3. İşin mahiyyətini və əldə edilmiş nəticələrini əks etdirən, çox qısa formada annotasiya.

4. Mətnin əsas mənasını daşıyan Açar sözlər (4-5 söz)

5. Tezisin sol yuxarı künçündə təqdim edilən bölmə qeyd olunsun.

AzMİU

3 May 2023
AzMİU,
A.Sultanova 11