İnşaatın müasir problemləri

İnşaatın müasir problemləri

23-24 noyabr 2023-cü il tarixində  Bakıda Azərbaycan Memarlıq və İnşaat Universiteti, İstanbul Texnik Universiteti 

ilə birgə təşkilatçılığı ilə “İNŞAATIN MÜASİR PROBLEMLƏRİ" mövzusunda

beynəlxalq konfrans keçiriləcək.

Konfransın əsas istiqamətləri:

1.    İnşaat konstruksiyaları, mexanika və texnika.

2.    Memarlıq, Şəhərsalma,  mühəndis sistemləri.

3.    Tikintinin təşkili, idarə edilməsi və iqtisadiyyatı.

Konfransın işçi dilləri: Azərbaycan, Rus, İngilis, Türk

Azərbaycan Memarlıq və İnşaat Universiteti

İstanbul Texniki Universiteti

 

Məqalələrin tərtibat qaydaları:

Məqalə və tezislər 12 Times New Roman şriftlə, 1 intervalla, A4 formatda (bütün tərəflərdən 2.5sm sahə) məqalələr üçün 3-5 səhifə həcmində, xülasə üçün isə 100 sözə qədər həcmində, açar sözlər 3-6 termindən ibarət, cədvəllər rənglı qeyd olmadan Word və ya Excel proqramında cədvəlin üstündə nömrələnməklə, düsturlar 12 şrifti ilə ayrıca obyekt şəklində ardıcıl nömrələnməklə, şəkillər, qrafiklər, diaqramlar çox acıq boz rəngdə bir obyekt kimi qeyd olunmaqla qruplaşdırılmış formada olmaqla adları altda nömrələnməklə, müəlliflərə istinadlar böyük mötərizədə birinci istifadə olunan ədəbiyyatın nömrəsi məs. [2], nəticələrdə elmi yenilik, praktiki əhəmiyyət və perspektivlər haqqında qeydlər olmaqla elektron formatda qəbul olunur. Məqalələr antiplagiat proqramı ilə yoxlanacaqdır. 

 

Məqalələrin strukturu:

· Sağdan BOLD (qara) şriftlə məqalənin müəliflərinin soyadları, adları və ata adları;

· Növbəti sətirdən hər müəllifin iş yeri, vəzifəsi, ORCID kodu, e-mail ünvanı;

· Ortadan böyük həriflərlə BOLD (qara) şriftlə məqalənin adı;

· İşin xülasəsi (məqalə azərbaycan və ya türk dilindədirsə xarici dildə ingilis və ya rus dilində, rus dilindədirsə ingilis dilində, ingilis dilindədirsə rus dilində tərcüməsi);

· Növbəti sətirdən  açar söz və söz birləşməsi (məqalənin öz dilində və ingilis dilində);

· Əsas mətn;  

· Nəticə

· Ədəbiyyat siyahısı.

Məruzələrin təqdim olunması:

Məqalələrin elektron versiyası [email protected] email  ünvanına təqdim olunmalıdır. Təqdim edilən məqalələr Konfransın mövzusuna uyğun olmadıqda Təşkilat Komitəsi onların qəbulundan imtina edəcək və bu barədə müəllifə yazılı məlumat göndərəcəkdir.

Məqalələrin son təqdimedilmə müddəti: 05.11.2023-cü il

 Əlaqələndici: (050) 330 70 27.

Azərbaycan Memarlıq və İnşaat Universiteti

İstanbul Texniki Universiteti

23-24 Noyabr 2023
AzMİU,
A.Sultanova 11